SON XƏBƏR

Bardakı partlayışla bağlı Prokurorluqdan daha bir açıqlama

Aprel 09
10:03 2022
Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook