SON XƏBƏR

Barak Obama vida çıxışını etdi - VİDEO

Yanvar 11
11:48 2017
Barack Obama doğma şəhəri Çikaqodakı McCormick mərkəzində ABŞ prezidenti kimi vida çıxşını edib.
 
Prezident uzun sürən alqışları əlinin işarəsi ilə dayandırmağa çalışsa da bir müddət buna nail ola bilməyib və bu dəfə də zarafatından qalmayıb. Deyib ki, "daha məni sayan yoxdur…”
 
O deyib ki, bu gecə məhz onun amerikalılara təşəkkür etmək vaxtıdır.

Bir vaxtlar Çikaqoda…

"Mən ilk dəfə Çikaqoya gələndə 20 yaşlarımda idim və kim olduğumu, həyatımın mənasını dərk etməyə çalışırdım. Məhz bu kücəçələrdə mən imanın gücünə inandım və işləyən insanların mübarizə və itkiləri ləyaqətlə qarşıladıqlarının şahidi oldum. Mən məhz burada öyrəndim ki, dəyişiklik bu işə yalnız adi insanlar girişəndə, bir araya gəlib tələb edəndə baş verir. Səkkiz il sonra, sizin prezidentiniz kimi mən buna yenə də inanıram” deyib Obama.
 

 
O deyib ki, "Xaliq bizi bərabər yaradıb, ayrılmaz hüquqlarımızla yaradıb. Bunlar yaşamaq, azadlıq, mübarizə və xoşbəxtlik hüququdur”.
 
Barack Obama əlavə edib ki, bunlar aşkar hüquqlar olsa da heç vaxt özü-özünə hasilə gəlmir.
 
Prezident bildirib ki, Amerikanı quranlar tiranlığı yox, məhz respubliak quruluşunu seçiblər, bu ölkədə qullar azadlığa gedən yolu tapıblar və məhz buna görə də bütün dünyadan yüz minlərlə inasan bu ölkəyə can atır.
 
Bundan sonra Barack Obama səkkiz illik hakimiyyəti müddətində əsas nailiyyətlərini – iqtisadi geriləmədən çıxılmasını, iş yerlərinin yaradılmasını, Kuba ilə münasibətlərdə yenui fəslin açılmasını, 11 sentyabr terrorunu törədənin məhv edilməsini, daha 20 milyon vətəndaş üçün səhiyyə xidməti imkanı yaradılmasını yada salıb.
 
İqlim dəyişikliyi mövzusuna toxunan prezident deyib ki, səkkiz ildə Amerika özünün xarici neftdən asılılığını iki dəfə azaldıb, bərpa olunan enerjini iki dəfə artırıb.
 
Dünya 10 gündən sonra Amerika demokratiyasını bir də görəcək
 
Obama deyib ki, 10 gündən sonra dünya bir daha Amerika demokratiyasının şahidi olacaq və hakimiyyət dinc yolla bir prezidentdən başqa prezidentə keçəcək.
 
O bildirib ki, hakimiyyətin prezident seçilmiş Donald Trump administrasiyasına mümkün qədər rəvan keçməsini təşkil edir, çünki ondan əvvəlki prezident George Bush da onun administrasiyası üçün məhz belə bir şərait yaradıb.
 
Barack Obama vurğulyaıb ki, Amerikanı müstəsna edən məhz onun demokratik quruluşudur.
 
Prezident Obama vida müraciətinin böyük bir hissəsini demokratiya mövzusuna həsr edib.
 
O bildirib ki, hələlik ABŞ-da postiqrçi Amerikadan danışmaq tezdir. Obama qeyd edib ki, irq bu gün də cəmiyyətdə bölücü faktor kimi qalır. Lakin prezident bunu da əlavə edib ki, irqi bərabərliyin vəziyyəti indi on, iyirmi, otuz il bundan əvvəl olduğundan daha yaxışıdır.
 
"Lakin biz bu sahədə lazımı səviyyəyə hələ çatmamışıq” – deyib Obama.
 
Prezident bildirib ki, mühacirət Amerikanı tarix boyunca gücləndirib.
 
Xarici paytaxtlardakı avtokratlar
 
Obama hüququn gücdən üstün olmasının əhəmiyyətindən söz açıb. O deyib ki, məhz belə yanaşma Amerikaya hətta Böyük sarsıntı zamanı da faşizmin və tiranlığın toruna düşməmək imkanı verib.
 
Prezident bildirib ki, İkinci Dünya Müharibəsindən sonrakı illərdə Amerika dünya qüdrətini yalnız hərbi gücü ilə yox, əsas prinsipləri – qanunun aliliyi, insan haqları, din, ifadə, toplaşma azadlığı və müstəqil mətbuat üzərində qurub.
 
Barak Obama deyib ki, hazırda məhz bu dünya nizamına İslamın adından danışdıqlarını iddia edənlər və xarici paytaxtlardakı avtiokratlar tərəfindən meydan oxunur.
 
"Onlar açıq demokratiyanı, azad bazarı və vətəndaş cəmiyyətini öz hakimiyyətləri üçün təhlükə sayırlar” – deyib Obama.
 
Prezident deyib ki, bunların təhlükəsi raket və bombalardan daha uzaqlara çata bilir.
 
Daha sonra Barack Obama terrorla mübarizədən danışıb.
 
"Gəlin sayıq olaq, amma qorxmayaq. İŞİD günahsız insanları öldürməyə çalışacaq. Lakin onlar bizi, biz öz Konstitusiyamıza və bu döyüşdəki prinsiplərimizə xəyanət etməyincə məğlub edə bilməyəcklər. Rusiya və Çin kimi rəqiblər bizim dünya üzərindəki nüfuzumuzla müqayisəyə gələ bilməzlər, bir şərtlə ki, biz prinsiplərimizdən əl çəkib qonşularını qısnayan daha bir böyük dövlətə çevrilməyək” – deyib Obama.
 
***
 
ABŞ və Qərb mediası xəbər verir ki, vəzifəsini tərk etməkdə olan prezidentə ehtiramlarını nümayiş etdirmək üçün bura müxtəlif irq və dinlərdən olan minlərlə insan toplaşmışdı.
 
Bir çoxları tədbirə bilet almaq üçün səhər saat 5-dən növbəyə durmuşdular.
 
Hamının ABŞ-ın 44-cü prezidentini yaxşı görməsi üçün zalda bir neçə iri teleekran quraşdırılmışdı.
 
Amerikanın əsas media şəbəkələri və mətbuat qurumları bu tədbiri ona hələ saatlar qalarkən işıqlandırmağa başlamışdılar.
 
Çıxışı dinləyərdən bir çoxlarının gözlərindən yaşlar axdığını görmək olurdu.
(azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook