SON XƏBƏR

Bankların birləşdirilməsi prosesi başa çatıb

Fevral 26
11:14 2016
"Bank sektorunda konsolidasiya prosesi artıq yekunlaşıb". Bu sözləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
MB sədrinin görə, indiyədək 6 bankın lisenziyası ləğv olunub: "Sistemdən zəif banklar uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektorunun dayanıqlığı yüksəlib. Yalnız "AGBank" kapitallaşma ilə bağlı problemi həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq".
 
E.Rüstəmov, həmçinin əlavə edib ki, "Azərbaycan İpoteka Fondu" ASC üçün dövlət büdcəsindən 50 milyon manat ayrılıb: "Amma fond büdcədən tam maliyyələşə bilməz. Əlavə mənbələrdən də pul cəlb etməlidir".
 
O vurğulayıb ki, sosial ipoteka kreditləri üçün müəyyən edilən faiz dərəcələrində hər hansı dəyişilik olmayacaq: "Kommersiya ipotekasının faiz dərəcələri isə müzakirə edilir və bazara uyğun müəyyən ediləcək. Bütün bunlar yeni yaradılacaq qurumun səlahiyyətində olacaq. Amma ipoteka kreditlərində məbləğin artırılması gözlənilir".(azvision.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook