SON XƏBƏR

Banklara kart fırıldağı haqda xəbərdarlıq edilib

Noyabr 15
15:07 2015
"MasterCard Worldwide” beynəlxalq kart təşkilatı komersiya banklarına kart əməliyyatlarında fırıldaqçılıqla bağlı məlumat verib. Bu barədə virtualaz.org saytına Mərkəzi Bankdan məlumat veriblər.
 
Bankdan deyiblər ki, "MasterCard Worldwide” beynəlxalq kart təşkilatı kommersiya banklarının nümayəndələrinə ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlara qeyri-qanuni müdaxilə və onların səlahiyyətsiz idarə olunması, ekvayrinq xidməti üzrə təsərrüfat subyektlərinin qeydiyyatı və monitorinqi, elektron ticarət vasitəsilə aparılan kart əməliyyatlarında fırıldaqçılıq halları ilə bağlı məlumatlandırıb. Beynəlxalq ekspertlər ödəniş kartları ilə aparılan fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərin nəticələrini də açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook