SON XƏBƏR

Banklara borcu olanlar MÜTLƏQ OXUSUN

Mart 10
09:38 2016
Vətəndaşlar banklarla problemlərini antikollektor vasitəsilə həll edə bilər.
 
ANS TV-nin məlumatına görə, borcunu vaxtında verə bilməyən vətəndaş bank tərəfindən hədə qorxuya məruz qaldığı zaman, antikollektora yaxınlaşmalıdır.
 
Burada vətəndaşın haqlı olub-olmaması haqqında məlumat dəqiqləşdirilir. Əgər şəxsin hüquqlarının pozulması təsdiqlənərsə, ona hüquqi yardım göstərilir.
 
Antikollektor şirkətinin rəhbəri Əkrəm Həsənov antikollektorun fəaliyyətinin vətəndaşlara və sahibkarlara borcu ilə bağlı yaranan problemlər zamanı hüquqi köməklik göstərmək olduğunu, onların borclarına əlavə faiz və ya cərimə tətbiq edildiyi, yaxud da borcu qaytarmağa imkanı olmadığı, buna görə hədə qorxu gəlinərək qorxudulduğu halda antikollektorun köməyindən istifadə edə biləcəklərini söylədi. Burada şifahi məsləhət pulsuz olsa da, xidmətlər ödənişlidir.
 
Antikollektor şirkətləri də biznes subyekti kimi vergi ödəyicisidir. Hazırda bir sıra inkişaf etmiş ölkələrdə antikollektorlara müraciət geniş yayılıb. Xüsusilə qonşu Rusiyada bu təcrübədən çox istifadə olunur.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook