Banklar dollar alışını kəskin artırıblar
Fevral 22
19:12
2016
Azərbaycan bankları dollar alışını kəskin artırıblar. Fins.az-ın məlumatına görə, bu gün keçirilən valyuta hərracının nəticələri belə deməyə əsas verir.
Mərkəzi Bankın təşkil etdiyi hərraca Dövlət Neft Fondu (ARDNF) tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait çıxarılıb. Hərracda iştirak edən 13 bank bu vəsaitdən 177 milyon 450 min ABŞ dollarını alıblar.
Neft Fondu bildirib ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qlobal.az