SON XƏBƏR

Banklar dələduzluq edir? – VİDEO

İyun 09
21:02 2016
Başqa bir bank isə həmin qadını krediti ödəməyəcəyi təqdirdə həbsə atdırmaqla hədələdi. Bankların bu qanunsuz əməlləri Xırdalan sakini olan bir qadının başina gəlib.
 
Bankdan 300 manatlıq alış-veriş kartı almaqla işlərini asanlaşdırmaq istəyən qadının başına gəlməyən qalmayıb. Maraqlı hadisə Xırdalan sakini Pərvanə Muradovanın başına gəlib.
 
Ekspertlər bildirir ki, barəsində qərar veriləcək şəxsin məhkəmə bununla bağlı məlumatlandırılması vacibdir. Habelə kredit borcunu ödədiyi halda maaşından vəsait tutulubsa hüquqları kobud surətdə pozulub.
 
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, ancaq bank problemləri bitməyən Pərvanə Muradovanı başqa bir bank krediti ödəmədiyi üçün həbs etdirməklə hədələyib. Onun dediyinə görə 1000 manat və 1400 manatlıq 2 krediti aldığı bankın borcunu 1 ilə yaxındır ödəyə bilməyib. Bankdan öncə ödənişin edilməsi üçün gələn xəbərdarlıq mesajları isə zamanla təhdid mesajlarına çevrilib.
 
Vəkil Xəyal Bəşirov bildirir ki, bankın belə bir təhdidlə vətəndaşa müraciət etməsi yolverilməzdir.Vəkil belə vəziyyətdə Pərvanə Muradovanın məhkəməyə müraciət edərək bank əməkdaşının etdiyi təhdidə görə mənəvi kompensasiya tələb edə biləcəyini də deyir. Çünki, heç bir halda bank əməkdaşının vətəndaşı kreditlə bağlı təhdid, təhqir etmək hüququ yoxdur. (xezerxeber.com)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook