"Bankir Arif" "Azərbaycan bulvarı"nda saxlanıldı (FOTOLAR)
Oktyabr 20
10:34
2022
Türkiyənin Kahramanmaraş şəhərində "vətəndaşların duyğularını istismar edərək" dilənçilik edən "Bankir Arif" saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, polis axtarış zamanı onun cibindən 3 saatda topladığı 1555 lirə pul aşkar edib və həmin vəsait müsadirə olunub.
55 yaşlı Arif Ağbaş şəhərin ən sıx yeri olan "Azərbaycan bulvarı"nda kasıb qiyafəsində dillənərək, "qazandığı” pullarla özünə var-dövlət yığıb. Məlum olub ki, o, yaşadığı Qaziantep şəhərində "Bankir Arif" ləqəbi ilə tanınıb. Arif Ağbaş dilənçiliklə əldə etdiyi pulları banka qoyur və əmlaka yatırım edirmiş. Buna görə də ona "Bankir Arif" ləqəbi verilib.
Yığdığı pullar müsadirə olunduqdan sonra əslən azərbaycanlı olan "Bankir Arif" polisin nəzarətilə yaşadığı Qaziantepə şəhərinə göndərilib.

Qlobal.Az