SON XƏBƏR

"Bank VTB (Azərbaycan)" rubl debet kartları təklif edir

Fevral 22
09:31 2016
"Bank VTB (Azərbaycan)" müştəriləri üçün əlavə komissiya ödəmədən Rusiyada istifadə üçün nəzərdə tutulan rubl debet kartları təklif edir.
 
Bankdan AZƏRTAC-a bildiriblər ki, rubl kart məhsulu Rusiyaya mütəmadi işgüzar və turist səfərləri edənlərin və ya bu ölkədə təhsil alan tələbələrin tələbatı nəzərə alınmaqla işlənib hazırlanıb.
 
Müştərilər öz istəklərinə uyğun olaraq "Visa Electron", "Visa Classic", "Visa Gold" və "Visa Platinum" rubl kartı əldə edə bilərlər. Kartlar üzrə minimal müddət 12, maksimal müddət isə 36 ay təşkil edir. Sadalanan bütün kartlarla bankomatlardan pul çıxarmaq, POS-terminal və internet vasitəsilə istənilən ödəmələr etmək mümkün olacaq.
 
Bu əməliyyatlar Rusiyada həyata keçirildikdə rubl kartındakı vəsaitdən valyuta konvertasiyasına görə əlavə komissiya silinməyəcək.
 
Bundan başqa, bankın müştəriləri VTB qrupun güzəşt şəbəkəsinin üstünlüklərindən də yararlana biləcəklər.
 
Belə ki, "VTB (Azərbaycan)"ın rubl kartlarından Rusiyanın "VTB24", "Bank Moskvı" və "Leto Bank" kimi geniş filial şəbəkəsinə malik bankların bankomat və POS-terminalında istifadə edərkən əməliyyatlar üzrə beynəlxalq tariflərlə deyil, bankdaxili tariflərlə xidmət göstəriləcək. "Həyatı və fəaliyyəti Rusiya ilə sıx əlaqəli olan müştərilərə uyğun məhsul və xidmətlərin hazırlanıb təklif olunması bankımızın strateji inkişaf istiqamətlərindən biridir.
 
"VTB (Azərbaycan)" bütün dünyada geniş şəbəkəyə malik olan VTB qrupun üzvüdür. Bunun sayəsində bankımız müxtəlif ölkələrdə fərqli valyutalarla əməliyyatlar həyata keçirən əhali və iş adamları üçün nəzərdə tutulmuş sərfəli məhsul və xidmətlər təklif edə bilər", - deyə "Bank VTB (Azərbaycan)"ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook