SON XƏBƏR

"Bank of Azerbaijan"-dan yeni xəbər var

Mart 14
16:32 2016
Müflis elan edilmiş "Bank of Azerbaijan"a qarşı tələblərin qeydiyyatı aprelin 5-dək davam edəcək.
 
Əmanətlərin Sığortalanması Fondundan bildiriblər ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı və ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. Kreditorlardan tələblərinin qeydiyyata alınması üçün bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.
 
Qeyd edək ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilib, iflas proseduruna başlanıb və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook