Bank müştərinin pensiya kartından pul çəkib — VİDEO
May 30
21:09
2016
Banklarla müştərilər arasında daha bir mübahisə yaranıb.
Qlobal.az
Qlobal.az-ın xəzərxəbər-ə istinadən məlumatına görə, vətəndaş Şahəli Namazov iddia edir ki, bank onun ödənişinin vaxtı çatmamış pensiya kartından pul çəkib. Halbuki, onun kreditmüqaviləsində kartdan birtərəfli qaydada pul çəkilməsi ilə bağlı bənd yoxdur. Üstəlik bank bunu ödəniş vaxtı çatmadan edib.
Hüquqşünaslar isə qeyd edir ki, müqavilədə göstərilən tarixdən əvvəl bankın müştərinin hesabından pul tutulması yolverilməzdir. Bank ancaq əvvəlcədən girov müqaviləsi bağladığı müştərisinin hesabından birtərəfli qaydada pul çıxara bilər.
Sözügedən halda isə söhbət heç bir yubanmadan və ya girov müqaviləsindən getmir. Belə olan halda bankın Şahəli bəyin pensiyasından tutması onun hüquqlarının pozulmasıdır.
Qlobal.az