SON XƏBƏR

Bank kreditiniz ölkədən çıxışınıza qadağa qoya bilər – Video

İyun 23
00:54 2016
Bankdan aldığınız və geri ödəmədiyiniz kredit ölkədən çıxmağınıza mane ola bilər.
 
Qlobal.az xezerxeber-ə istinadən xəbər verir ki, hər şey müştərinin bankın "qara siyahı”sına düşməsi ilə başlayır. Banka olan borcunu ödəmədikdə müştərinin adının salındığı bu siyahı adətən o, şəxsin sonradan kredit almasına mane olmaqla yanaşı, onun xaricə çıxışına da qadağanın qoyulması ilə nəticələnə bilir. Bu siyahıya salınma prosesi isə kreditin növündən asılı olaraq müxtəlif müddətləri əhatə edir.
 
Bank hüquqşünası Anar Ramazanlının sözlərinə görə, əgər kredit borcu məhkəmədən sonra icra məmurlarının təyin etdiyi 10 gün müddətində də ödənmirsə, bu zaman borclunun ölkədən çıxışına qadağa qoyulur.
 
Banka kredit borcu olub onu ödəyərkən müəyyən gecikmələrə yol verənlər, xaricə çıxışlarına qadağanın qoyulub-qoyulmadığını rahatlıqla öyrənə bilərlər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook