SON XƏBƏR

Bağlanan bankda bir nəfərin 40 milyonu qalıb

Fevral 01
11:48 2016
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru deyib
 
Azərbaycan Mərkəzi Bankının bu il lisenziyasını ləğv etdiyi banklarda yerləşdirilmiş ən böyük əmanətin məbləği 40 milyon manat olub. Lent.az-ın məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib. ATV telekanalının "İqtisadi zona” verilişinə müsahibə verən A.Cavadov həmin əmanətin kimə məxsus olduğunu və bağlanmış 6 bankdan hansında yerləşdirildiyini açıqlamayıb.
 
Qeyd edək ki, əmanətlərin sığortalanması qaydalarına əsasən, bir bankda yerləşdirilmiş əmanətə görə maksimum 30 min manat kompensasiya ödənilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook