Balakhani Operating Company LTD-də nə baş verir? - Açıqlama
Yanvar 10
16:30
2025
Balakhani Operating Company LTD-də (Balaxanı Əməliyyat Şirkətində) korrupsiya tüğyan edir.
Bu barədə Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir.
Məktub müəllifləri Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənlinin Dubayda, Türkiyədə dəyəri milyonlarla ölçülən mülklərinin olduğu yazırlar.
Heyət üzvlərinin işə alınmasında bu xüsusilə özünü işə qəbul prosesinin şəffaf meyarlar üzərində qurulmasında göstərir. O cümlədən, işçilər müvafiq bilik və bacarıq tələblərinə uyğun olduqda mərhələli yoxlamalardan keçir və yekunda ən səriştəliləri işlə təmin olunurlar.
Bundan əlavə, korporativ "qayğı” dəyərimizə əsaslanaraq, hazırda işçi heyətimiz arasında 400-ə yaxın əməkdaş şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı olduğuna görə müvafiq iş yerləri ilə təmin olunmuşdur.
Əməliyyat şirkətində çalışan bütün işçi heyəti üçün tibbi sığorta proqramı təmin edilmiş və həmin sığorta proqramı çərçivəsində yüzlərlə əməkdaşımız müayinə və müalicə xidmətlərindən təmənnasız istifadə etmişdir.
Bu barədə Qlobal.az-ın elektron poçtuna göndərilən məktubda deyilir.
"Balaxanı Əməliyyat Şirkətin rəhbərlikdə təmsil olunan şəxslərin qohum-əqrabaları tərəfindən istismar olunur. Balaxanı Əməliyyat Şirkətinin rəhbəri Rövşən Rzayev, vitse-prezidenti Əli Həsənli şirkəti "ailə podratı"na çevirib. "Turba alverçisi" kimi ad çıxaran Rövşən Rzayevi rəhbər təyin etdikdən sonra şirkət dönüb olub Nehrəmlilərin oylağı. Burada ən yaxşı işlərdə, ən yüksək maaşda Rövşən Rzayevlə Əli Həsənlinin adamlarıdır. Əgər SOCAR prezidenti Rövşən Nəcəf cənabları bu şirkətə komissiya göndərsə burada baş verən bütün biabırçılıqların şahidi olacaq".
Rövşən Rzayev, "Balakhani Operating Company LTD”nin prezidenti
Məktub müəllifləri yüksək maaş alan işçilərin maaşlarının bir hissəsinin sonradan şirkət rəhbərliyinə geri qaytarıldığını deyirlər.
"Ağır sənayedə, küləkdə, qızmar günəş altında, yağışda, boranda,qarda çalışan usta, fəhlələr ayda 1000-1500 manat maaş alırlar. Amma Əli Həsənli iki ildir şirkətdə "operativni şöbə" açıb. Bu şöbədə yüzlərlə nehrəmlini işə götürüblər. Hər ay 2000-3000 məvacib yazılan bu şəxslərin maaşlarının 50 faizi nağdlaşdırılaraq şöbənin rəisinə çatdırılır. O da öz növbəsində yığılan pulları şirkətin rəhbərliyinə verir".
Əli Həsənli, "Balakhani Operating Company LTD”nin vitse-prezidenti
Məktub müəllifləri Balaxanı Əməliyyat Şirkətinin vitse-prezidenti Əli Həsənlinin Dubayda, Türkiyədə dəyəri milyonlarla ölçülən mülklərinin olduğu yazırlar.
Eyni zamanda Əli Həsənlinin çoxsaylı mühafizə ilə işə gəlib-getdiyi də bildirilir. Məktubda sonda ölkə rəhbərliyindən kömək istənilir.
Qlobal.az məsələ ilə bağlı Balakhani Operating Company LTD-dən mövqe öyrənib:
"Azərbaycan Respublikasındakı filialı hal-hazırda neft-qaz hasilatı həyata keçirdiyi ərazilərdə fəaliyyətini başladıqdan bəri və xüsusilə son üç ildə iri həcmli optimallaşdırma, müasirləşdirmə və yenidənqurma layihələri aparmaqdadır.
Heyət üzvlərinin işə alınmasında bu xüsusilə özünü işə qəbul prosesinin şəffaf meyarlar üzərində qurulmasında göstərir. O cümlədən, işçilər müvafiq bilik və bacarıq tələblərinə uyğun olduqda mərhələli yoxlamalardan keçir və yekunda ən səriştəliləri işlə təmin olunurlar.
Bundan əlavə, korporativ "qayğı” dəyərimizə əsaslanaraq, hazırda işçi heyətimiz arasında 400-ə yaxın əməkdaş şəhid ailəsi üzvü, qazi və müharibə iştirakçısı olduğuna görə müvafiq iş yerləri ilə təmin olunmuşdur.
Əməliyyat şirkətində çalışan bütün işçi heyəti üçün tibbi sığorta proqramı təmin edilmiş və həmin sığorta proqramı çərçivəsində yüzlərlə əməkdaşımız müayinə və müalicə xidmətlərindən təmənnasız istifadə etmişdir.
İşçi heyətinin peşəkarlığının artırılması da şirkətimizin daim diqqət mərkəzindədir. Belə ki, hazırda 45 nəfər həmkarımız ikinci ali təhsilini Balakhani Operating Company LTD hesabına almaqdadır".
Cahandar Laçınlı
Qlobal.az