SON XƏBƏR

"Baku Medikal Plaza"da uşaq öldü, meyitini ailəsinə vermək üçün 10 min tələb edirlər - ŞOK İDDİA - VİDEO

İyun 28
15:45 2018
"Baku Medikal Plaza”da beş aylıq uşaq həyatını itirib.

Körpənin nənəsi Mustafayeva Sona İsmayıl qızının mer.az-a verdiyi məlumata görə, qızdırma səbəbiylə uşağı sözügedən klinikaya gətiriblər. Əvvəlcə 500 manat depozit, ardınca daha 2000 manat ödəyiblər. Daha sonra valideynlərə bildiriblər ki, uşaq komaya düşüb və dünyasını dəyişib: "İndi də bizə deyirlər ki, 10 min manat ödəyin, meyidi sizə təhvil verək”.

Əməkdaşımız məsələylə bağlı klinikanın mühasibatlıq şöbəsində olub. Bildirilib ki, körpənin yaxınlarının dediyi həqiqəti əks etdirmir: "Uşaq ekspertiza rəyi almalı, dəqiq diaqnoz qoyulmalı, əgər həkim səhlənkarlığından ölübsə, həmin həkim cəzalanmalı və ölümün səbəbi açıqlanmalıdır”.

Qeyd edək ki, klinikanın mühafizə xidməti çəkiliş aparmaq istəyən əməkdaşımıza qarşı təzyiq göstərib və şikayətçi qismində kameraya danışan nənəni əməkdaşımızdan uzaqlaşdırıblar.

Həmin görüntüləri təqdim edirik.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook