SON XƏBƏR

“Baku Medical Plaza”da 24 yaşlı qız plastik əməliyyat zamanı öldü

May 12
12:10 2020
Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

Hadisə mayın 11-i "Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib.
 
O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook