Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? (VİDEO)
Noyabr 26
11:00
2025
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axundzadə küçələrinin kəsişməsində meydança ərazisinin tikinti şirkəti tərəfindən zəbt olunaraq bina inşa olunacağı deyilir.
Qlobal.az Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə bünövrə qazılıb və xətlənib.
Sakinlər iddia edirlər ki, uşaqların oyun meydançası olan ərazini kənar şəxslər zəbt ediblər
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi xüsusi mülkiyyətdir. Buna baxmayaraq, araşdırmalara başlanılıb, sakinlərin müraciəti əsasında qazıntı işləri dayandırılıb.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, ərazinin çıxarışı var.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib ki, sakinlərdən daxil olan müraciət əsasında mülkiyyətçinin apardığı işlər dayandırılıb. Hazırda məsələ araşdırılır və nəticələrinə uyğun olaraq aidiyyəti qurumlar uyğun addım atacaq.

Sözügedən ərazinin mülkiyyyətçisi Süleyman Səmədoğlu deyib ki, həmin ərazidə bina yox, fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.