“Bakinternet” abunəçiləri belə aldadır – VİDEO
Noyabr 13
01:58
2016
Son zamanlar ölkədə internetin verilməsində ciddi problemlər müşahidə edilir. Belə ki, provayderlərin internet təchizatından narazı qalan yüzlərlə abunəçi artıq etirazlarını dilə gətirirlər.
Abunəçilər internetin sürətindən, keyfiyyətsiz və kəsintilərlə verilməsindən narazıdırlar. Bununla bağlı Cebhe.info-ya daxil olmuş müraciəti sizə təqdim edirik.
Şikayətçi Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan 012 454-**-** nömrəli abunəçidir. Onun sözlərinə görə, "Bakinternet"ə borcu olmadığı təqdirdə internetin verilməsi dayandırılıb.
Bununla bağlı dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və "Bakinternet" rəhbərliyinə yazılı və şifahi formada müraciətlər etsə də, heç bir nəticə verməyib:
"Mən 2 ildir ki, davamlı olaraq "Bakinternet" provayderindən internet alıram. Daha doğrusu, ala bilmirəm, məni çox incidirlər.
Başqa provayderlər məsafə uzaqlığına görə internet verə bilmədikləri üçün məcburiyyət qarşısında "Bakinternet" abunəçisi olmuşam. Sözügedən şirkət isə mənim və mənim kimi yüzlərlə, bəlkə də minlərlə abunəçinin cibinə girməklə, oğurluq və talançılıqla məşğuldur.
Aylıq ödənişlərimi vaxtlı-vaxtında ödəsəm də, ayın 30 gününün 10 günü orta hesabla mənə internet verilir. Digər 20 günün ödənişini geri tələb etsəm də, mənə heç bir cavab verilmir. Artıq məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edəcəyəm və "Bakinternet"dən istehlakçıların hüquqlarını kobud surətdə pozduğu üçün təzminat, bundan başqa ödədiyim ödənişləri geri tələb edəcəyəm”.
Bu azmış kimi dəfələrlə nazirliyə və "Bakinternet" rəhbərliyinə müraciət etsə də, onlar abunəçini süründürməklə məşğuldurlar. Abunəçiyə qarşı məmur münasibəti göstərirlər: "Hərçənd ki, onların işi əhaliyə xidmət etməkdir və mənə ödənişim müqabilində xidmət göstərməlidirlər.
Əgər xidmət göstərə bilmirlərsə, ödənişimi geri ödəməli, mövcud problemlərlə bağlı mənə və digər abunəçilərə xəbərdarlıq etməlidirlər. Mən problem yaşayıram və dəfələrlə "Bakinternet"ə zəng edirəm, nəhayət məsuliyyətsiz işçilər telefonun dəstəyini götürüb problemin olduğunu bildirirlər.
Mən niyə özüm maraqlanmalıyam ki? Problemlər, kəsintilər, təchizat problemləri barədə abunəçi öncədən məlumatlandırılmalı və mövcud narahatlığa görə abunəçidən üzr də istənilməlidir. Mən onların ayağına düşməli deyiləm, onlar mənim ayağıma düşməlidirlər.
Çünki onlar mənim cibimə möhtacdırlar. Belə davam edəcəyi təqdirdə bütün gücümdən istifadə edərək, yüz minlərlə insanı "Bakinternet"ə qarşı birləşməyə və "Bakinternet" provayderini boykot etməyə səsləyəcəyəm. Artıq bu sonuncu xəbərdarlığımdır.
Şikayətimlə bağlı maraqlanılmasa, problemim kökündən həll olunmasa, mən genişmiqyaslı aksiyalara, boykot kampaniyalarına başlayacağam və burada isə itirən şirkət olacaq.
Yüzlərlə canı boğazına yığılmış abunəçiləri "Bakinternet"ə qarşı birləşməyə və "Bakinternet"dən imtinaya səsləyəcəyəm. Nəinki mənim problemim və bütün "Bakinternet" provayderindən internet almağa çalışan abuinəçilərin problemi köklü şəkildə həll edilməli və onlardan problemlərə görə üzrhaqlıq edilməlidir. Şirkət rəhbəri ortalığa çıxsın və abunəçilərinə hesabat versin. Əks təqdirdə bunun bədəli çox ağır olacaq!”

Qeyd edək ki, artıq mövcud şikayətdən sonra sosial şəbəkədə yeni bir tədbir planlaşdırılıb və "Bakinternet" provayderini boykota səsləyən yüzlərlə insan təşkilatlanmağa başlayıb.
Qlobal.az