Bakının iri ticarət mərkəzləri terrordan necə qorunur? - Ekspert
Avqust 15
17:32
2022
Azərbaycanda, xüsusən də paytaxt Bakıda son illər ərzində çoxsaylı ticarət mərkəzləri, bazarlar və bu tip digər obyektlər tikilib istifadəyə verilib. Amma bununla belə, onların mütləq əksəriyyəti adi təhlükəsizlik qaydalarına tam şəkildə cavab vermir. Bu mənada bir çoxları fəaliyyət üçün təhlükəsizlik baxımından tamamilə yararsızdır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov qeyd edir ki, Azərbaycanda ticarət mərkəzləri və bazar kimi obyektlərin təhlükəsizliyi lazımi səviyyədə deyil:
"Obyektlərin təhlükəsizliyin təmin olunması iki məqamla bağlıdır. Yəni, bir var terror hadisəsi kimi təhlükəsizliyin təmini, bir də var yanğın hadisəsi kimi hadisələrdən təhlükəsizlitin təmin olunması. Dövlətin təhlükəsizliyinə cavabdeh qurumlar birinci məsələ ilə bağlı çox çevik işləyir. İkinci məsələ ilə bağlı isə ölkəmizdə vəziyyət heç də ürəkaçan deyil. Təhlükəsizlik tədbirlərinə əməl olunmamasının nəticəsi olaraq dəfələrlə bir çox ticarət obyektlərində yanğının baş verməsinin şahidi olmuşuq. Bu mənada da ticarət obyektləri və bazarların təhlükəsizliyinin yüksək səviyyədə olduğunu söyləyə bilmərik. Belə obyektlər tikilərkən, tikinti standartlarına əməl olunmayıb. Onları yoxlamaq da mümkün deyil. Ona görə ticarət obyektlərimizin hər hansı bədbəxt hadisədən sığortalandığını söyləyə bilmərik”.
Ekspertin fikrincə, belə problemlərin olmaması üçün tədricən də olsa, ticarət obyektləri müasirləşməlidir:
"Bu obyektlər tikinti standartları, yanğın təhlükəsizliyi, fövqəladə hallara hazır olan və dövlət kommisiyası tərəfindən qəbul olunan obyektlər olmalıdır. Müasir ticarət obyektlərində olduğu kimi bütün obyektlərdə nəzarət gücləndirməlidir. Bu obyektlər bütün təhlükəsizlik standartlarına cavab verir. Pərakəndə, kortəbii tikililər isə yığışdırılmalıdır, bundan sonra heç olmasa onların tikilməsinə icazə verilməməlidir.