SON XƏBƏR

Bakıdan xəbərdarlıq: Qərbi Azərbaycan hökuməti yaradıla bilər

Sentyabr 04
13:54 2024
Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələr yenidən Azərbaycana qarşı təxribatçı açıqlamalar veriblər. Separatçılar "beynəlxalq təminat altında Qarabağa qayıdış”dan söz açıblar. 

Qərbi Azərbaycan İcması məsələyə sərt münasibət bildirib. "Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq", - açıqlamada deyilir.

Modern.az-a danışan Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov bildirib ki, Milli Məclisin tərkibi təsdiq ediləndən sonra Qərbi Azərbaycana Qayıdışla bağlı müraciət ediləcək:

"Ehtimal ki, yaradılacaq komissiyanın tərkibi Qərbi Azərbaycandan olan millət vəkillərindən ibarət olacaq. Amma bununla bağlı nəsə demək hələ tezdir”, - o qeyd edib.

M.Mərdanov separatçıların təxtibatçı açıqlaması ilə bağlı bildirib ki, Azərbaycan nə vaxt güclənirsə, dünyadan dəstək artırsa Ermənistan qıcıqlanır və təxribat fəaliyyətlərini gücləndirirlər: "Amma onlar bu yolla heçnə qazana bilməyəcəklər. Onların bir yolu var ki, qalib ölkə kimi Azərbaycanın şərtlərini qəbul etsinlər və bu şərtlər əsasında razılığa gəlsinlər. Mən sülh üçün başqa yol görmürəm”.

 Sədrin sözlərinə görə, Qarabağdan çıxmış erməniləri əksəriyyəti İrəvanda vətəndaşlıq alaraq məskunlaşmaq istəyirlər:

 "Şəxsən inanmıram ki, onlar bir daha Qarabağa, Xankəndiyə qayıtsın. Bu mümkün olan bir şey deyil. Çünki həm erməni siyasətçiləri, həm də xalqı elə hərəkətlər edib, elə öz göstərdilər ki, bir də onların azərbaycanlılarla qonşu olub bir yerdə yaşamağa məncə mənəvi haqqları yoxdur və bu mümkün ola bilməz”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook