SON XƏBƏR

Bakıda yeni tikililər şok qiymətlərlə - VİDEO

Aprel 22
09:27 2016
Nizami rayonu 5 il ərzində simasını tam dəyişəcək

5 İl müddətinə köhnə binaların sökülüb yeniləri və daha da əzmətliləri ilə əvəz edilməsi xeberi  verilib və bununla bağlı 

Bakının Nizami rayonunun siması 5 il müddətində tamimilə dəyişəcək.

Qaynarinfo.az-ın verdiyi xəbərə görə, mərhələli şəkildə rayonda olan 131 qəzalı bina tamamilə sökülərək, yerində daha müasir binalar inşa ediləcək,və sakinlər daha rahat mənzillərlə təmin olunacaq.

Bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə geyd edilib ki, ötən əsrin 50- 60-cı illərində rayon ərazisində inşa edilən və hal-hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar sökülərək yerində müasir memarlıq üslubunda hündür mərtəbəli binalar tikiləcək. 

İcra başçısı Arif Qasımov bildirib ki, bu binaların tikintisi birbaşa dövlətin nəzarəti altında həyata keçiriləcək və heç bir MTK tikintini yarıda qoya bilməz. Mənzillərin sakinlərə tam təhvil verilməsinə qədər bütün prosesə dövlət nəzərət edəcək.

Qeyd edək ki, ilkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub.

İcra başçısının müavini Qərib Məmmədov isə bildirib ki, Mehdi Abbasov, Nəsimi, Çobanzadə və başqa küçələrdə ikimərtəbəli binaların da sökülməsi nəzərdə tutulub. Dəvət olunan şirkətlərlə vətəndaşlar arasında qarşılıqlı razılaşma əsasında  müqavilələr bağlanılıb və sakinlər kirayə mənzillərə köçürüləcək. Kirayə mənzillərin haqqı  həmin şirkət  tərəfindən binaların tikildiyi müddət ərzində ödəniləcək.

Rayon ərazisində yenidənqurma işlərini həyata keçirəcək şirkətlərdən biri də  "VESTA CONSTRUCTİON” şirkətidir. Şirkət müasir binaların inşa edilməsi üçün yeni lahiyələr hazırlayıb. Əsas məqsəd isə əhalini müasir, tam təmirli və münasib qiymətli  mənzillərlə təmin etməkdir. Ən vacib məqam isə hər kəsin ev sahibi olması prinsipidir. Qeyd edək ki  "VESTA CONSTRUCTİON” şirkəti mənzilləri bazar qiymətindən 30-50 faiz aşağı təklif edəcək.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook