Bakıda yaşayan naxçıvanlılara tibbi arayış verilmir
Fevral 13
11:40
2023
Bakıda məskunlaşıb, lakin qeydiyyatı olmayan naxçıvanlılar, buradakı poliklinikalardan tibbi arayış ala bilmir. Onlara daimi qeydiyyatda olduqları Naxçıvandan arayış almaq tövsiyə olunur. Bu isə, onlar üçün ciddi problem yaradır. Bu haqda "Gündəlik Naxçıvan”a Bakıda yaşayan bir qrup naxçıvanlı məlumat verib. Nərimanov rayonunda yaşayan Firuzə Səfərova adlı şikayətçi də eyni problemlə rastlaşdığını bildirir:
"Bakıda kirayədə yaşayıram. İşə girmək üçün sağlamlıq haqqında tibbi arayış istədilər. Müvəqqəti yaşadığım ərazidə yerləşən 8 sayı şəhər poliklinikasına getdim. Bildirdilər ki, ərazidə qeydiyyatda olmayanlara poliklinikada anket açılmır. Müvəqqəti yaşadığım ərazidəki Mənzil İstismar idarəsinə müraciət etdim. Araşdırdılar və burada qeydiyyatda olmadığımı bildirərək, arayış vermədilər.”
O bildirir ki, tibbi arayış almaq üçün Naxçıvana getmək, orada müayinədən keçmək üçün həm vaxt, həm də əlavə xərc çəkmək lazım olur:
Nəsimi rayonunda 5 ildir müvəqqəti kirayədə yaşayan Sara Cabbarova da arayış üçün 6 saylı şəhər poliklinikasına müraciət etdiyini, lakin əliboş yola salındığını bildirir:
"Dövlət müəssisəərindən birinə xahiş- minnətlə xadimə işinə düzəlirdim. Sağlamlıq haqqında arayış istədilər. Poliklinikaya getdim, anketimin olub-olmadığını soruşdular. Olmadığını, ilk dəfə müraciət etdiyimi dedim. Dedilər ki, get, MİS-indən yaşayış haqqında arayış gətir. Oradan dedilər ki, Naxçıvana getməlisən. Ora getmık üçün pulum olmadığından, işlə düzəlməkdən imtina etdim”.
"Bakıda kirayədə yaşayıram. İşə girmək üçün sağlamlıq haqqında tibbi arayış istədilər. Müvəqqəti yaşadığım ərazidə yerləşən 8 sayı şəhər poliklinikasına getdim. Bildirdilər ki, ərazidə qeydiyyatda olmayanlara poliklinikada anket açılmır. Müvəqqəti yaşadığım ərazidəki Mənzil İstismar idarəsinə müraciət etdim. Araşdırdılar və burada qeydiyyatda olmadığımı bildirərək, arayış vermədilər.”
O bildirir ki, tibbi arayış almaq üçün Naxçıvana getmək, orada müayinədən keçmək üçün həm vaxt, həm də əlavə xərc çəkmək lazım olur:
"Məcbur qalıb müayinədən keçib, arayış almaq üçün Naxçıvana getməli oldum. Yolpulu və sairəni nəzərə almaqla, 200 manat xərcim çıxdı. Bu bizim üçün böyük puldu. Elə etsinlər ki, Naxçıvana getməyə ehtiyac qalmasın. Axı, biz də Azərbaycan vətəndaşıyıq, Bakıda niyə arayış ala bilməməliyik? Naxçıvanı öz kefimizdən tərk etməmişik”.