Bakıda vəzifəli şəxs intihar edib - Əməkdar həkimin oğlu idi
Avqust 21
10:55
2024
Xəbər verdiyimiz kimi, Bakıda vəzifəli şəxsin meyiti tapılıb.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
"Azpolitika" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, S.Zöhrablı
nın atası Fail Məmmədov Azərbaycanın Əməkdar həkimidir və uzun müddət cərrah kimi çalışıb.
Qeyd edək ki, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib.
Məlumata görə, S.Zöhrablı "Atasığorta" şirkətində departament direktorudur.