Bakıda tarixi binaya ziyan vuran "Vest Park" MMC kimindir?
Dekabr 10
11:31
2025
Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinə ziyan vuran "VEST Park" MMC yaşayış binalarının tikintisi ilə məşğuldur.
Qlobal.az xəbər verir ki, "VEST Park" MMC 2021-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb.
İyirmi manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsi ev 24, mənzil 106 ünvanında yerləşir.
Şirkətin qanuni təmsilçisi Qasımov Rəşad Səxavət oğludur.
Qeyd edək ki, "Vets Park" MMC-nin tarixi binaya ziyan vurması barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Cahandar Laçınlı
Qlobal.az



