Bakıda “şokolad dərsləri”
Oktyabr 15
22:34
2015
Muzey Mərkəzində keçirilən "Nikolya” Şokolad Muzeyinin müəllif sərgisi çərçivəsində oktyabrın 16-17-də şokolad möcüzələri yaradılaraq ustad dərsləri təqdim ediləcək.
"Qlobalinfo” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, arzu edən hər bir şəxs ustad dərslərində iştirak edə bilər. Dərsləri müəllif və eyni zamanda "Nikolya” Şokolad Muzeyinin yaradıcısı tanınmış şokolad ustası Nikolay Popovun tələbəsi keçirəcək.
Ustad dərslərində iştirak edən hər bir şəxs unikal şokolad-marzipan açıqcalar düzəldə və özləri ilə götürə biləcəklər.
Dərslər zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını və şokolatyedən çoxlu "şirin” sirlər öyrənəcəklər.
Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan artıq şəhərdə qonaq olan məşhur "Nikolya” Şokolad Muzeyi bu dəfə Bakıdadır.