Bakıda seçicilər əleyhinə reklam kağızları yapışdıran şəxs saxlanılıb
Fevral 01
14:45
2020
Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini pozduğuna görə saxlanılıb.
Bakı şəhər BPİ mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 30-da onun rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.
Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüquqazidd olması ona izah olunub və barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.



