SON XƏBƏR

Bakıda qadın sürücü avtomobillə həmcinsini vuraraq öldürüb

Noyabr 21
14:08 2022
Bakıda qadın sürücü avtomobillə həmcinsini vuraraq öldürüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 12 radələrində paytaxtın Suraxanı rayonu, Südçülük sovxozu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Günel Tağıyeva idarə etdiyi "Chevrolet" markalı avtomobillə 1953-cü il təvəllüdlü Xalidə Məmmədovanı vurub. Xəsarət alan şəxs hadisə yerində ölüb.

Sürücü saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook