SON XƏBƏR

Bakıda polisdən böyük fədakarlıq: Vətəndaşı xilas etdi, özü həlak oldu

Sentyabr 03
10:58 2021
Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

"Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı "Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görür və onu xilas etmək üçün dərhal özünü dənizə atır. Lakin dərinlik və yüksək dalğalar ona mane olur. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirir.

Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!", - Mətbuat xidmətindən bildirilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook