Bakıda polis müqavimət göstərən narkotaciri zərərsizləşdirilib

İyun 30
08:28
2025
İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.
Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.