SON XƏBƏR

Bakıda "parkovşik"lərə qarşı reyd - 35 nəfər saxlanıldı

Yanvar 25
12:45 2022
Yanvarın 24-də Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar 1000-ə yaxın sürücü cərimələnib.

Bu barədə "Musavat.com"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.

O bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı özlərini "parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılaraq cərimə edilib."Yol polisi tərəfindən qanunsuz parklanması ilə əlaqədar reydlər davam etdirilir”, - DYP rəsmisi vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook