Bakıda ofisə basqın edən şəxs polis rəisinin qardaşı imiş
 
							Fevral 03
									
										17:05
										2023
									
Bakıda ofisə basqın edilib. "Trend”in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.
Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb. M.Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı daxil olan məlumat əsasında polis əməkdaşlarının gördükləri tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə - müəyyən olunaraq saxlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
APA-nın məlumatına görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.
 
Qlobal.az