Bakıda müəllimlərdən pul yığan direktorla bağlı araşdırma başlayıb
Dekabr 15
13:54
2021
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib.
"Report" xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bununla bağlı müvafiq araşdırmaların aparıldığını deyib.
O qeyd edib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək: "Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".