SON XƏBƏR

Bakıda mikroavtobusla yük avtomobili ilə toqquşdu: 6 nəfər yaralandı

İyul 29
09:40 2019
Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol qəzası baş verib.

Qlobal.az "Report”a istinadən xəbər verir ki, qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun verdiyi məlumata görə, "təcili yardım"a çağırış saat 7.42 də daxil olub.

"Hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağır", - deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook