SON XƏBƏR

Bakıda məktəbin həyətində göydələn tikilib - FOTO

Aprel 10
00:08 2025
Bakının Xətai rayonunda 257 saylı orta məktəbin həyətində göydələn tikilib.

Qlobal.az xəbər verir ki, bu barədə məlumatı "Bakı Gündəliyi" səhifəsi yayıb.
 
Qeyd olunur ki, məktəbin həyətində tikinti bir neçə il öncə başlanılıb. 
 
Tikintinin başladığı zaman məktəbin pedoqoji heyətinə, validenylərə yeni təhsil korpusunun tikildiyi deyilib. 
 
Lakin tikinti başa çatdıqdan sonra məlum olub ki, məktəbin həyətində tikilən bina təhsil yox, yaşayış binası imiş.
 
Sözügedən iddialara Elm və Təhsil nazirliyi münasibət bildirməyib. 
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook