SON XƏBƏR

Bakıda məktəbə narkotik maddə gətiriblər? - DİN-dən açıqlama

Noyabr 17
11:43 2021
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda məktəblərin birinə "patı” gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qlobal.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatların araşdırılması yekunlaşıdırılıb.

O qeyd edib ki, məsələ təsdiqini tapmayıb: "Bəzi sosial şəbəkə seqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir”.

"Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir” – o vurğulayıb.
 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook