Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilir
May 25
23:48
2016
Mayın 25-də Bakıda III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu öz işinə başlayıb.
Tədbir Niğde Universiteti, Qazaxıstan Dövlət Qızlar Universiteti, M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti, Bakı Avrasiya Universiteti (BAU), Mahmud Kaşğari adına Bişkek Universiteti və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
BAU-nun rektoru, professor Nazim Hüseynli bildirib ki, mövzu ilə maraqlanan mütəxəssis və araşdırıcıların bir araya gəlməsində rol oynayacaq bu simpozium yeni tədqiqatlara təkan verməklə yanaşı, fərqli nöqteyi-nəzərdən araşdırma aparılmasında da əhəmiyyət daşıyacaq.
Mayın 27-dək davam edəcək simpoziumda türk dünyasını maraqlandıran dil, ədəbiyyat, din, təhsil, tarix, sosiologiya, incəsənət, ətraf mühit, arxeologiya, sənət tarixi, beynəlxalq münasibətlər, sahibkarlıq, idarəetmə və iqtisadiyyat, gender problemləri kimi mövzular və elmi araşdırmaların gələcək perspektivləri üzrə müzakirələr aparılacaq. Bu sahədə birgə əməkdaşlıq perspektivləri, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlərə baxılacaq.
Qlobal.az