Bakıda həbs edilən general kimdir?
Mart 03
12:34
2022
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov həbs olunub. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Nizami Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qaynarinfo xəbər verir ki, həbs edilən general-mayor Nizami Məmmədov Biləsuvar rayonunda anadan olub.
Prezident İlham Əliyevin sərəncamı ilə 25 iyun 2018-ci ildə "Vətən uğrunda” medalı ilə təltif edilib, 25 iyun 2020-ci ildə general-mayor ali hərbi rütbəsi verilib. 30 dekabr 2020-ci ildə "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
O, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət edib və taqım komandirliyindən Hərbi Hissə komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb.
Nizami Məmmədov adı KİV-lərdə daim Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun "sadiq kadrı” kimi hallanıb. İddialara görə, məhz Nizami Məmmədov sabiq Baş Qərargah rəisi ilə güclü əlaqələri onu Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi vəzifəsinə qədər yüksəlməsinə gətirib çıxarıb.
İlkin məlumata görə, Nizami Məmmədov külli miqdarda mənimsəmədə təqsirləndirilir.