SON XƏBƏR

Bakıda "Fizzə" restoranında müştərilərə bıçaqlı hücum olub

Oktyabr 04
15:17 2023
Bakıda restoranda içkili şəxs bıçaq götürərək müştərilərinin və işçilərin üzərinə hücum edib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə oktyabr ayının 1-də, gecə saat 23:00 radələrində Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən "Fizzə” restoranında baş verib. 

1999-cu ildə Bakı şəhərində anadan olmuş Seymur Alışov (ad-soyad şərti) "Fizzə” restoranında yeyib-içdikdən sonra köynəyini başına çəkib, obyektin mətbəxinə qaçaraq əlinə bıçaq götürüb. O, yüksək səslə küçə söyüşlərindən istifadə edərək, bıçaqla vətəndaşların üzərinə hücum edib. Bir əlində bıçaq, bir əlində pivə bakalı ilə restorandan kənara çıxaraq, orada tanımadığı şəxsin üzərinə gedib. 

Təqsirləndirilən şəxs hadisə yerinə gələn polis əməkdaşlarına da hücum edib. Onlara qarşı da güc tətbiq etməklə tabesizlik göstərib. Polisin qanuni tələblərinə tabe olmayaraq, küçə söyüşlərindən istifadə edib. Həmin şəxs polis maşınına əyləşdirildikdən sonra öz-özünə zərbələr vurmağa başlayıb. 

Seymur Alışov məhkəmə iclasında özünü təqsirli bilməyərək deyib ki, restorana spirtli içki qəbul edib. Daha sonra bir nəfərlə mübahisə etməyə başlayıb. Bundan sonra polis bölməsinə aparılıb. 

Məhkəmənin qərarı ilə Seymur Alışov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook