Bakıda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb
Aprel 11
10:26
2019
Bakıda tikintidə bədbəxt hadisə baş verib.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində tikilməkdə olan yaşayış kompleksində qeydə alınıb. Orada fəhlə işləyən, 1985-ci il təvəllüdlü Əli Əlövsət oğlu Nəcəfov binadan yıxılaraq ölüb.



