SON XƏBƏR

Bakıda döyülən rəis xəstəxanada öldü

Sentyabr 29
18:08 2019
Xətai rayonunda döyülən şəxs xəstəxanada ölüb.
 
Qlobal.az APA-ya istinadla xəbər verir ki, Xətai rayonu, Telnov küçəsi 18, ev 152-də qeydiyyatda olan 1968-ci il təvəllüdlü Piriyev Bağır Bağman oğlu Zığ şossesində "Zeytun bağlarında” tanımadığı şəxs tərəfindən döyülüb. 
 
O, ağır kəllə-beyin travması alaraq 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. B.Piriyev müayinə olunan zaman infarkt keçirərək ölüb.
 
Qeyd edək ki, B.Piriyev Abşeron "Zeytun” Məhdud Məsuliyyətli Cəmiyyətin sahə rəisi idi. O, iş başında olarkən döyülüb.
 
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook