SON XƏBƏR

Bakıda dollar satışı dayanıb; “exchange”lər işləmir

Yanvar 09
15:18 2016
Bu gün şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrinin əksəriyyəti işləmir və valyuta satmır.
 
Fins.az-ın əməkdaşının Bakının mərkəzində apardığı müşahidələr göstərib ki, valyutadəyişmə məntəqələrinin əksəriyyəti müxtəlif bəhanələrlə, ya da sadəcə bəhanəsiz fəaliyyətini dayandırıb.
 
Dollar almaq istəyənlərin sayı çox olsa da, məntəqələr valyuta satmırlar. Cəmi 2 məntəqədə dollar satışı həyata keçirilib. Bu məntəqələrdə dollar 1,56 manata alınıb, 1,626 manata satılıb. Avronun məzənnəsi isə fərqli olub.
 
Belə ki, 1 avro 1,68-1,7 manatdan alınıb, 1,77-1,78 manata satılıb. Məntəqələrdə 100 rubl 2,01-2,09 manata alınıb, 2,17 manata satılıb. Amma sonradan bu məntəqələrdə də növbəyə dayanan vətəndaşlara dolların satılıb qurtardığı bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook