İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdiAprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Qlobal.az xəbər verir ki, əvvəlcə Gürcüstan..
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurduİran Silahlı Qüvvələri ölkə ərazisində baş vermiş insidentlə bağlı yeni açıqlama yayıb.
"AzPolitika" "Tasnim” agentliyinə istinadən xəbər verir ki,rəsmi məlumata görə, qəzaya uğrayan "F-15E..
"Fənərbaxça" "Beşiktaş"ı məğlub edibTürkiyə Super Liqasında XXVIII tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.
"Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz keçib.
İkin..
Vüsal Nəsirli onu özünə müşavir təyin etdiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
"AzPolitika" "Unikal”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr ..
Ermənistan Azərbaycana folqa ixrac edə bilərAzərbaycan Ermənistandan alüminium folqa idxalına xüsusi maraq göstərib.
Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Azərbaycan tər..
ABŞ Qasım Süleymaninin qardaşı qızı və onun övladını həbs edibABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını həbs edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə,..
Bakıda dəhşət: "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - FOTO
Azərbaycanda xəstəxana laboratoriyalarının nəticələri arasında fərq və uyğunsuzluq problemi hələ də aktual olaraq qalır. Ciddi xəstəliklərdə sadə analiz səhvi onlarla insanın həyatı üçün ciddi təhlükə yaradır.
Özəl klinikaların birinə kəskin appendisit diaqnozu ilə qəbul edilən xəstə elə həmin gün "Yaşam” klinikasında verdiyi analizin nəticəsi əsas götürülərək, əməliyyata hazırlanıb. Lakin hər ehtimala qarşı, əməliyyatdan öncə xəstədən yenidən analiz götürülüb. Analiz nəticəsində pasiyentdə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyinin olması ilə bağlı şübhə yaranıb. Qadının yanvarın 13-də "Yaşam” klinikasında verdiyi HİV ekspress testlərinin nəticələri isə neqativ imiş.
Bu hadisə həmin xəstənin əməliyyatında texniki işçi kimi iştirak edən Murad Əkbərova sarsıdıcı zərbə vurub. Belə ki, əməliyyat zamanı kameranı götürərkən ehtiyatsız davranan Murad Əkbərovun əlinə iynə batıb və qanayıb. Laboratoriyadan QİÇS-lə bağlı şübhli cavab gəldikdən sonra klinika rəhbərliyi işçinin, eləcə də pasiyentin qan nümunəsini Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərib.
Yanvarın 14-də Mərkəzdən verilən cavabda pasiyentin potensial QİÇS daşıyıcısı olduğu təsdiqlənib. Bu nəticədən sarsıntı keçirən Murad Əkbərov da postkontaktda olduğu üçün qeydiyyata alınıb. Onun analizi təmiz çıxsa da, profilaktik məqsədlə Mərkəzdən ona dərmanlar verilib ki, qəbul etsin.
Həyatının ən ağır günlərini yaşayan 27 yaşlı Murad bundan sonra başına gələnləri danışıb:
""Yaşam” klinikasının laboratoriya həkimi Gülnar Mustafayevanın səhlənkarlığı səbəbindən başıma gəlməyən qalmadı. Onun imzaladığı neqativ arayış ilə gələn pasiyenti təcili əməliyyata aldıq. Hətta xəstə bizdən öncə başqa klinikaya gedib, orda da prosedurdan keçib, amma analiz verməkdən yayınıb. Hara gedibsə, "Yaşam”ın analizini göstərib. Maraqlısı odur ki, xəstə özü həkim-ginekoloqdur. Burdan belə nəticəyə gəlmək olar ki, o, xəstə olduğunu bilirmiş, xəstəxananı razı salmaq üçün əlində hazır analiz cavabı ilə gəlib. Təbii ki, mən də xəstə ilə postkontaktda olduğum üçün QİÇS Mərkəzində qeydiyyata alındım.
1 ay ərzində keçirdiyim qorxu, depressiya, ağır dərmanlar məni intihar həddinə çatdırmışdı. Xəstəyə bu barədə məlumat verdik, onu QİÇS Mərkəzinə dəvət etdilər, qeydiyyata salmaq istədilər, amma o boyun qaçırdı.
Məsələ ilə bağlı Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə rəsmi müraciət etmişəm. Biz xəstəyə sübut edə bilmirik ki, xəstəliyini əvvəlcədən bilib, sadəcə yayınıb. Hətta belə bir şübhə var ki, bəlkə "Yaşam”da da analiz verməyib, saxta sənəd alıb. Özü ginekoloq olan bu şəxs potensial yoluxdurucudur, stomatoloqa, kosmetoloqa, ginekoloqa gedir. O, onlarla insanı yoluxdura bilər. "Yaşam”ın səhlənkarlığını da hələ ki, sübut edə bilmirik. Qanunda var ki, xəstənin adı anonim qalmalıdır, amma əlimdə bütün sənədlər var.
Qanuna görə, xəstədə QİÇS, hepatit və s. varsa, o zaman əməliyyatxana, alətlər başqa cür sterilizə olunur, xəstədən əlavə ödəniş alınır. Əvvəldən bilsəydik, başqa qoruyucu vasitələr, əlcəklər geyinərdik. Mən özüm Vətən müharibəsində tibb işçisi kimi şəhid, yaralı daşımışam. Amma həyatımda bu qədər qorxmamışdım. 27 yaşım var, subayam, Bütün həyatım məhv olardı. Kim istəyər ki, QİÇS-ə yoluxsun. Şükür ki, ikinci analizim də təmiz çıxdı, amma o xəstə hələ də gəzir, klinikalara gedir. Belə səhlənkarlıq olarmı? Bununla bağlı ciddi tədbir görülməsini tələb edirəm”.
Məsələ ilə bağlı "Yaşam” klinikası ilə əlaqə saxladıq. Klinikanın laboratoriya rəhbəri Aişə Qocayeva Bakupost.az -a bildirdi ki, onlarda saxta analiz cavabının, yalan rəyin verilməsi mümkün deyil. Pasiyent həqiqətən gəlib analiz verib, sadəcə, kart testlərdə həssaslıq 50%-dir.
"Ola bilər xəstə bir-iki dəfə bizdə verib, neqativ olduğunu görüb və hər dəfə bura müraciət edib. Biz xəstəyə analizdən imtina edə bilmərik, laboratoriyamız, müayinələrimiz dəqiqdir, cihazlarımız müasirdir. Xəstəni görmədən, qan almadan rəy verməyimiz mümkün deyil. Onun analiz verdiyi tarix və saatla kimliyini tapmaq da asandır. Bizdə məlumat da, qan nümunəsi də var.
Ekspress testdə 10 dəqiqə gözləyirik, əgər yoxdursa, şübhə neqativ veririk. 15 dəqiqədən sonra nazik xətt kimi görünərsə, şübhəli yazırıq. Şübhəliyə neqativ yazmırıq. Tək bu xəstədən analiz götürmürük, o qədər pozitiv çıxanlar olub ki, heç vaxt neqativ yazmırıq. Xəstənin verdiyi qan bizdədir, xəstənin özü və ya nümayəndəsi gəlsin, yenidən yoxlayaq, görəcəklər ki, neqativ çıxacaq. Bəzən ekspress testdə bir xətt çıxır, biz şübhəli yazırıq, xəstə gedib ayrı yerdə verir, təmiz çıxır, onda da bizimlə mübahisə edir ki, səhv yazmısız. Biz gördüyümüzü dəqiq yazırıq.
Bizim kart testlər də ucuz deyil, bahalıdır. Şübhəli çıxarsa, mütləq əkilməyə, QİÇS mərkəzinə göndəririk. Klinikamızda əməliyyatxana, stasionar yoxdur. Pasiyentlər bizdə profilaktik məqsədlə yoxlanılır. Amma hər bir insan öz sağlamlığı, analiz məsələsində vicdanlı olmalı, nəticələrə uyğun davranmalı, şübhəli olarsa QİÇS Mərkəzinə getməlidir”, – deyə o bildirib.