SON XƏBƏR

Bakıda çatışmazlıq aşkarlanan məktəblərin sayı açıqlanıb

Noyabr 04
11:49 2022
"Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıq aşkarlanıb".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.

Müdir müavini bildirib ki, onlardan 30-da çatışmazlıq daha ciddi hesab olunur: "Hazırda həmin problemlərin həll olunması istiqamətində işlər görülür".

"Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür", - o vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook