SON XƏBƏR

Bakıda bu evlərin tikintisi dayandırıldı: Qiymətlər bahalaşacaq

Noyabr 16
11:20 2023
Xəbər verdiyimiz kimi, oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik oldu.

Bundan sonra işıq, qaz və su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkün olacaq. Yəni hansı tikililərin və ya fərdi yaşayış evlərinin sənədləri qaydasında olmasa, işıq, qaz, su şəbəkələrinə qoşulmasına icazə verilməyəcək.

Maraqlıdır, bu qərardan sonra Bakıda fərdi həyət evlərinin tikintisi azala bilər? 

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materialları bazarı indiyə kimi daha çox fərdi həyət evləri üçün satışla məşğul olurdu:

"Artıq Bakı və Abşerondakı fərdi həyət evlərinin sayı yüz minlərlədir, hətta milyona yaxındır. Bunların sayı artıqca, istər-istəməz tikinti materiallarının yerli istehsalına da tələbat artırdı. Fərdi həyət evlərinin tikintisi üçün qanuni tələb olunan çıxarışlı torpaqların sayı məhdud olduğuna görə vətəndaşlar sənədi olmayan torpaq sahələrini də tuturdular.

Çünki onların həm qiyməti ucuz idi, həm də çıxarışlı torpaqların sayı onsuz da az idi. Yeni qərarın qəbul olunmasından sonra sənədsiz fərdi həyət evlərinin tikintisi demək olar ki, dayanacaq. Çünki vətəndaş ev tiksə də, ona kommunikasiya xətləri çəkə bilməyəcək. Nəzərə almaq lazımdır ki, bunlar artıq birmənalı olaraq qadağan olunub.

Hətta hansısa formada bu işə əl atan vətəndaş olsa, məsuliyyətə cəlb olunacaq”.

Ekspert qeyd edib ki, yeni qanunun qəbul olunması əmlak bazarındakı ucuz mənzillərin də sayını azaldacaq:

"Çünki ən ucuz mənzillər çıxarışı olmayan fərdi həyət evləri ərazilərində idi. Təxminən həmin evlərin qiyməti 30-35 min manatdan başlayırdı. Təbii ki, yaxın gələcəkdə o qiymətlərə ev olmayacaq. Bu, həm evlərin qiymətini, həm çıxarışlı torpaqların, həm də tikinti materiallarının qiymətini artıracaq. Həmçinin, tikinti materialları satan dükanların da satışı kifayət qədər azalacaq”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook