SON XƏBƏR

Bakıda beynəlxalq uşaq muğam festivalı

Oktyabr 22
15:28 2015
Oktyabrın 21-də saat 19-da Beynəlxalq Muğam Mərkəzində VII Beynəlxalq Uşaq Muğam Festivalı keçiriləcək. Ənənəvi festival "Kainat" Gənclik Mərkəzi tərəfindən Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi, "PAŞA Bank"ın baş sponsorluğu ilə təşkil olunub.
 
Musiqi yarışmasında səkkiz ölkənin (Azərbaycan, İran, İraq, Misir, Özbəkistan, Tacikistan, Qazaxıstan, Türkiyə) təmsilçiləri bir araya gələcək. Gənc muğam ifaçılarının çıxışları Xalq artisti, professor Ağasəlim Abdullayevin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
 
Fərqlənənlər üçün iki 3-cü yer, iki 2-ci yer, bir 1-ci yer və 1 baş mükafat (Qran-pri), habelə həvəsləndirici və xüsusi mükafatlar nəzərdə tutulub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook