Bakıda ac insanlar icra başçısının verdiyi ehsan məclisindən qovuldu – VİDEO
Dekabr 12
21:26
2016
Bakıda yerləşən restoranlardan birində icra başçısının Heydər Əliyevin vəfatının ildönümü ilə əlqədar verilən ehsan məclisində insanlara qarşı hörmətsilik edilib.
Qlobal.az Criminal.az-a istinadən xəbər verir ki, Dəyanət Babayev adlı ”facebook” profilində bununla bağlı video paylaşıb.
O qeyd edib ki, bu gün Şuşanın İcra Başçısı Bayram Səfərov Nərimanov parkında "İstanbul” kafesində (deyilənə görə kafedə ona məxsusdur) Ulu Öndər Heydər Əliyevin anım mərasimi çərçivəsində ehsan təşkil edib. Lakin ehsanda iştirak edib bir tikə çörəyə möhtac vətəndaş Loğman Məmmədovu və başqa bir neçə nəfəri ehsan məclisindən uzaqlaşdırıblar. Onlara siz hansısa təşkilatdan deyilsiniz deyiblər. Sanki Bayram Səfərov ehsan deyil ehsan adı ilə dost tanışına yeyib içmək verir. Sadə vətəndaşa ulu öndərin adına verdikləri ehsanı da qıymırlar…
D. Babayev Criminal.az saytına açıqlamasında bildridi ki, ehsanı Bayram Səfərov təşkil etmişdi. İnsanları məclisdən çıxaran isə onun müavini idi. Hətta çəkiliş apardığına görə əraziyə polis də çağırıb.
Qlobal.az