SON XƏBƏR

Bakıda 7 ərazidə pulsuz çimərlik yaradılacaq

İyul 26
10:50 2019
Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olan müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov bildirib.

O bildirib ki, ilkin mərhələdə bu çimərliklər Səbail rayonu "Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran, ümumilikdə 7 ərazidə yaradılacaq: "Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək".
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook