SON XƏBƏR

Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi

Noyabr 26
09:41 2019
Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər. 
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. 

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook