Bakıda 3 yaşlı uşağın oğurlanması işi: 2 il həbs cəzası…
Yanvar 16
01:29
2023
Zərərçəkmiş tərəflə barışıq əldə olunması, bu haqda məhkəməyə təqdim edilən ərizə isə yüngülləşdirici hal kimi nəzərə alınıb
Bakının Sabunçu qəsəbəsində 2019-cu il təvəllüdlü Məhəmməd Şıxəliyevi övladlığa götürmək məqsədilə oğurlamaqda ittiham olunan Gültəkin Muradova ilə bağlı təxminən yarım ildir gedən məhkəmə araşdırmaları başa çatıb.
Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hakim Əhməd Quliyevin sədrliyilə çıxarılan hökmə əsasən, 54 yaşlı Gültəkin Muradova 2 il azadlıqdan məhrum edilib.
Məhkəmədə prokuror ona 10 il 6 ay həbs cəzası verilməsini təklif edib.
Dövlət ittihamçısı bildirib ki, bu cinayətin azyaşlıya qarşı törədilməsi ağırlaşdırıcı haldır. Amma zərərçəkmiş tərəflə barışıq əldə olunması, bu haqda məhkəməyə təqdim edilən ərizə isə yüngülləşdirici hal kimi nəzərə alınır.
Gültəkin Muradova ifadəsində uşağı oğurlamadığını, Məhəmmədi atasının ona 3 min manata satdığını bildirib: "Qışın soyuğunda ayaqyalın, başıaçıq gəzirdi. Nə bir baxan vardı, nə bir maraqlanan. Uşaq elə vəziyyətdə idi ki, baxanda adamın ürəyi ağrıyırdı. Mənim də yazığım gəldi”.
O əlavə edib ki, uşağı aparmasından ailə üzvləri də xəbərdar idi, çünki əvvəldən razılaşdırılmışdı.
Həmin vaxt uşağın böyük bacısı evdə olub.
Lakin prokuror Gültəkin Muradovanın bu barədə dediklərini özünümüdafiə kimi qiymətləndirib.
Uşağın atası Elgün Nəsirov da onun dediklərini təkzib edib, uşağı satmadığını bildirib.
Lakin məhkəməyə təqsirləndirilən şəxslə barışması, ondan şikayətçi olmaması haqda ərizə təqdim edib.
Uşağın hər iki valideyninin narkotik asılılığından əziyyət çəkdiyi müayinə nəticəsində ortaya çıxıb.
Onlar məhkəmədə əvvəlcə bunu inkar etsələr də, sonradan təsdiqləyiblər.
Hətta hadisədən sonra uşaq tapılanda Məhəmməd və digər bacı-qardaşları valideynlərdən alınaraq, yerli icra orqanının qərarıyla sığınacağa yerləşdirilmişdi.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yaymışdı.
Gültəkin Muradova son sözündə bildirib ki, uşağı oğurlamayıb, lakin əməlindən peşmandır.
Məhkəmə ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın aşağı həddindən daha yüngül cəza) maddəsini tətbiq etmək qərarına gəlib.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 144.3 maddəsində 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub, lakin hakimlər ona 2 il cəza verib.
(mənbə: Meydan.tv)
Qlobal.az