Bakıda 18 direktor işdən çıxarılıb
Dekabr 16
16:27
2019
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə bu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib".
"Report" xəbər verir ki, bunu İdarənin müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, 13 direktorun iş yeri dəyişdirilib: "111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib".



